|
Bu yazının isveçcəsi, İsveçin ikinci böyük
qazeti Göteborg Posten-də çap olmuşdur
Iranda
məktəblər yalnız bir dildədir!
Bu kechən cuməaxşamı günü milyonlar həyəcanli və sevincli uşaqlar
ilk dəfə olaraq məktəblərə
yollandılar. Məktəbə başlamaq
hər bir uşaq
üçün, dünyanın hər ölkəsində
olursa da, arzulanmış
və həsrətlə gözlənilmiş
bir gündür. Indi
onlar da, onlardan öncələri kimi, yazıb oxumağı öyrənəcəklər və yeni dostlarla tanış
olacaqlar. Lakin Irandakı uşaqların
yarısından çoxu bilmir ki ılk dəfə sınıflarına
girərkən, təssəvur etməməli bir qaranlıq həqitətlə yanaşacaqlar.
Öyrənəcəklər ki ana dildə təhsil yasaqdır və habelə ana dıldə oxumaq xəcalətli və qanunsuz əməldir.
Iran çoxmillətli bir ölkə kimi özündə müxtəlif millətləri, o sıradan azərbaycan-türkləri, farslari, kürdləri, ərəbləri, türkmənləri və baluçlari yerləşdirir. Ölkənin əhalısının
yarısından çoxu geyri-fars köklüdür, amma
ona baxmayaraq, ölkənin bir rəsmi dili kimi ancaq fars dili qəbul olunur. Iranin ana
yasasının 15-ci və 19-ci maddələrində hər bir milli azlığın öz ana-dilində təhsil almaq hüququna malık olsa da,
maddələrin əksinə, təhsil ancaq fars dilində keçirilir.
Iranın asimilasiya siyasetinde qeyri fars
etniklərin yaşadığı
yerlərdə məktəblər açaraq fars
dilini zorla uşaqlara öyrətmə metodu
ən efektli vasitədir. Bu siyasətin
təməli Pəhləvi sülaləsinin
iqtidara gəlməsi ilə eyni zamanda atılmışdır.
Iranı farslaşdırmaq və ölkədə
fars mərkəzli monolit kimlik və kültür
yaratmaq siyasəti o zamandan bəri
rejimlərin dəyişməsinə baxmayaraq
davam etmişdir. Bu gün Iran rejimi bir Islam cümhuriyətidir,
amma əslində bəzi müəyyən
sahələrdə rejimin əməli
siyasəti Islam dininin dedikləri ile
təzad təşkil edir. Islamda vaizlik edilir
ki bütün insanlar irqlərinə baxmayaraq
bərabər haqqa sahib olmalıdılar. Buna
baxmayaraq İran əhalisinin ən azından
24% ve böyük ehtimala görə isə 45%-inden
ibaret olan Azerbaycan türkləri heç bir
səviyədə öz doğma ana
dillərində təhsil ala bilmirler. Iranın
quzey doğusunda, Şərqi
Azərbaycan vilayətinin mərkəzində
olan Təbriz universitetində yeddi dildə
oxumağa imkan var, ancaq Azərbaycan türkcəsində
oxumaq mümkün deyildir.
Bügünki
dünya sürətlə dəyişilir,
Iran ölkəsi də həmçinin. Hamımız bilirik ki
insanin məktəbdə aldığı
ibtidai təhsil onun bütün həyatına təsir edir və gələcək inkişafında
böyük rol oynuyur. Bunlara əsaslanaraq Iran hökumətinə xatırlatmalıyıq
ki müxtəlif külturlarin varlıqından
zənginləşmək
yolunda, nə inki onların məhvinə,
cəhd etməlidir.
Ümid edirik ki, dünyəvi və demokratik ölkə
olan İsveç dövləti bu konu ilə bağlı
məsuliyət hiss edərək İranda yaşayan
qeyri fars milletlerin milli-insani haqqları yolundakı
mübarizələrinə dəstək
verəcəkdir.
Nərgiz Nedaei-Beldaşli
Azerbaycan Gəncler Fedrasiyonu Isveç-in sedri
mailto:n_nedaei@hotmail.com
SOURCE:WWW.DURNA.SE
|