|
October 26-2008 صفحه اصلي آرشيو فارسي در باره ما لينکها |
|
BAŞ SAĞLIĞI Əziz
həmvətənlər,
Azərbaycan
xalqına və beynəlxalq təşkilatlara aydındır ki, İran Rejiminin,
həm Şah dövründə və həm də Cumhuri İslami dövründə öz müxaliflərini
aradan aparma yollarından biri, avariaya salmaq, duvar altına qoymaq,
qazla boğmaq və suda batırmaqdır. Biz,
Güney Azərbaycan Konqresi olaraq, mühəndis Qulamrza Əmani və onun
qardaşlarının avariaya düşməsini şübhə ilə qarşılayaraq, bunun
diqqətlə, səlahiyyətli orqanlar – o cümlədən beynəlxalq təşkilatların
nümayəndələri və KİV jurnalistləri tərəfindən araşdırılmasını
rica edirik. Və elə ona görə də birinci növbə həmin orqanlara
məktub yazıb, hadisəni geniş araşdırıb qərar çıxarmaq üçün
onlara müraciət etmişik. İndi isə, bütün Azərbaycan fəallarına
üz tutaraq, gələcək bu kimi hadisələrin baş verməsinin qarşısını
almaq üçün əl-ələ verib, birgə kampaniya və müştərək mübarizə
aparmağa çağırırıq. Bugün,
mühəndis Qulamrza Əmani və onun qardaşlarının itgisini, onun
həyat-yoldaşı Xurşid xanım və balaca oğlu Araza, Əmanilərin
valideynlərinə, qohumlarına, dostlarına və başda Azərbaycan xalqına
təsliyət deyirik. Ümid edirik ki, onun dəfn mərasimi, Qulamrza Əmaninin
Azərbaycan xalqına göstərdiyi xidmətlərə layiq təşkil olunacaqdır. Dərin
hüznlə, Güney
Azərbaycan Konqresinin Mərkəzi Komitəsinin Birinci Məsulu
|