|
August 07-2008 صفحه اصلي آرشيو فارسي در باره ما لينکها |
|
Qara ulduz ! Bədbəxt
həmşərinin payına ulduzun da qarası düşür. Tarixi
varlıqı
istiqamətləndirən mənlik varlığıdır. Bütün tarixi varlığımızdan
vaz keçməklə, əslində mənliyimizdən və kimliyimizdən vaz keçmiş
oluruq. Əgər,
bu dünyada izsiz- soraqsız itmək istəmiriksə, tariximizə yiyə
durmalı, kimliyimiz və varlığımızı qorumalıyıq. Ona görə ki, keçmişinə
yiyə durmayanın gələcəyi yoxdur. Belə bir söz də var deyirlər “
keçmişinə daş atsan gələcək səni topa bağlar “. Bəziləri
bütün tarixi keçmişimizi, o sıradan sülalələri, dövlətlərimizi
və tarixi dövlət nişanlarımızı, eləcə də, dövlətçilik
tariximizi özündə daşıyan bayrağımızı farslara bağışlayıb,
bizə isə BAB teleskopunun kəşf etdiyi qara ulduzlu bayraq sırımaq
istəyirlər. Məsələ
bundadır ki, hər şey görmüşdük amma, ulduzun qarasını görməmişdik.
Bu böyük kəşfdir, QARA
ULDUZ. Bir
gün Bakıda bir hambal küçə ilə gedirmiş. Hambal görür səs gəlir,
biri deyir: A bəy, a bəy ! Hambal
yoluna davam edir. Görür yenə a bəy, a bəy deyərək kimisə çağırırlar.
Hambal fikirləşir ki, yəqin ki, mənimlə olmazlar və yoluna davam
edərək gedir. Hambal
görür yox, yenə səs gəldi : A bəy, a bəy ! Hambal
dönür deyir : Mənimləsən ? Çağıran
adam deyir : Səndən başqa kim var ki, əlbətdə səninləyəm. Hambal
deyir : Nə deyirsən ? Çağıran
adam deyir : Saat neçədir ? Hambal
deyir : Saat 25-di . Adam
deyir ki, dəli olmusan 25 də saat olar ? Hambal
deyir, bəs hambaldan bəy olar ? Görünür
hələ çox şey olacaqmış, məsələn qara ulduz da kəşf olacaqmış.
Sizin
başınız qara ulduzla məşqul olsun, görək fars qardaşlarımız nə
işlə məşquldur. Fars
qardaşlarımızın təşəbbüsü ilə, Fransanın mərkəzi Parisdən
yayılan Almanca-Farnsızca yayılan “
Arte “ televizya kanalında
Qacar sülaləsinin şəkillərini göstərirlər ve deyirlər bunlar fars
sülaləridir. Farslar bununla tariximizi öz xeyirlərinə müsadirə
etmək istəyirlər. Hələlik bayrağımıza yiyə durmuşlar, növbə sülalərimizə
və dövlətçilik tariximizə çatıb. Sabah da deyəcəklər ki, siz göbələksiniz,
yerdən çıxmısınız, nə dövlətiniz olub, nə dövlət nişanlarınız
olub, nə keçmişiniz var, nə də tarixiniz. Deyirlər
malını yeməyənin malını yeyərlər. Tarixinə yiyə durmayanın
da, tarixinə və bayrağına da yiyə durralar. Amma,
mən əminəm ki, qara ulduz kəşf edənlərdən və onun mübahisəsini
aparanlardan fərqli olaraq, Azərbaycan milləti öz sülalələrinə,
bayrağına və bütövlükdə tarixinə yiyə duracaq və yer üzündən
izsiz, soraqsız itməyəcəkdir. Semed
Niknam 2008-07-25
|