|
صفحه اصلي آرشيو فارسي در باره ما لينکها |
| BBC
İranda çadrasını düzgün geyməyənlər cəzalandırılacaqlar İranın hakimiyyət dairələri aprelin 21-dən başlayaraq, çadrasını düzgün geyməyən qadınlara qarşı sərt cəza tədbirləri tətqbiq edirlər. Qaydanı pozan qadınları cərimələr və ya həbs gözləyir. Tehranın polis rəisi Murtaza Talai deyib ki, ictimai yerlərdə çadranı düzgün geyməyən qadınlara qarşı əməliyyatı polis qadınları aparacaqlar. Nazik baş örtüyü, qısa və ya çox kip oturan jaketlər, qadınların ayaqlarının aşağı hissəsini göstərən şalvarlar da təqib ediləcək. Polis rəisinə əsasən, cərimənin məbləği 55 dolara çata bilər. Prezident Xatəminin dövründə qadınların geyimlərində müəyyən liberallaşma hiss olunurdu. Belə cəza əməliyyatları hər il keçirilsə də,onları çox zaman ciddi qəbul etmirlər. Lakin yeni prezidentin sərt siyasəti səbəbindən, çoxları bu dəfə kampaniyanın daha sərt aparılacağından ehtiyat edirlər. Bundan başqa cənab Talai deyib ki, uzunsaçlı oğlanlar və it gəzdirən adamlar da hədəfə alınacaq. Belə ki, İslam dinində it də murdar heyvan salınır.
|
ايراندا
چادراسيني دوزگون گئيمينلر
جزالانديريلاجاقلار ايرانين
حاکيمييت دايره لري آپرئلين 21-دن
باشلاياراق, چادراسيني دوزگون گئيمين
قادينلارا قارشي سرت جزا تدبيرلري تطقبيق
ائديرلر. قايداني پوزان قادينلاري جريمه
لر و يا حبس گؤزليير. تئهرانين
پوليس رئيسي مورتاضا طلايي دئييب کي,
ايجتيماعي يئرلرده چادراني دوزگون گئيمين
قادينلارا قارشي عمليياتي پوليس
قادينلاري آپاراجاقلار. نازيک
باش اؤرتويو, قيسا و يا چوخ کيپ اوتوران
ژاکئتلر, قادينلارين آياقلارينين آشاغي
حيصه سيني گؤسترن شالوارلار دا تعقيب
ائديله جک. پوليس
رئيسينه اساسا”, جريمه نين مبلغي 55 دولارا
چاتا بيلر. پرئزيدئنت خاتمي نين دؤورونده
قادينلارين گئييملرينده موعين
ليبئراللاشما حيس اولونوردو. بئله
جزا عمليياتلاري هر ايل کئچيريلسه ده,اونلاري
چوخ زامان جيدي قبول ائتميرلر. لاکين
يئني پرئزيدئنتين سرت سيياستي سببيندن,
چوخلاري بو دفعه کامپانييانين داها سرت
آپاريلاجاغيندان ائحتياط ائديرلر. بوندان
باشقا جناب طلايي دئييب کي, اوزونساچلي
اوغلانلار و ايت گزديرن آداملار دا هدفه
آليناجاق. بئله
کي, ايسلام دينينده ايت ده موردار حئيوان
سالينير.
|